Hamit Altıntop: "6 turdan sonra komanda ikinci pillədədir, bunun nəyi pis nəticədir ki?"
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Qalatasaray” Dortmundun “Borussiya” klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşma ömcəsi “sarı-qırmızılılar”ın təcrübəli oyunçusu Hamit Altıntop baş məşqçiyə dəstək verib:
“Prandelle təcrübəli mütəxəssisdir. Ancaq məşqçi hələ çempionata və yerli oyunçulara yaxından bələd deyil. Prandellinin özünü göstərməsi üçün vaxt vermək lazımdır. Onun təcrübəsi komandanın uğurlu nətcələr göstərməsinə kömək ola bilər.
6 turdan sonra komanda ikinci pillədədir, bunun nəyi pis nəticədir ki? Əgər Çempionlar Liqasını nəzərdə tutursuzsa, qrupdan növbəti mərhələyə çıxmaq şansımız var. Hələ heç nə itirilməyib qarşıdakı oyunlarda maksimum nətcə əldə etməyə çalışacağıq”.
saytlarin hazirlanmasi