Türkiyə ölkə kubokunda 3-cü mərhələyə start verildi
Türkiyənin ölkə kubokunda 3-cü mərhələnin oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, bir oyundan ibarət qarşılaşmaların ilk günüdə 4 görüş keçirilib.
Superliqa təmsilçisi “Kasımpaşa” səfərdə “Tulzaspr”a 3:1 hesabı ilə uduzaraq, kubokla vidalaşıb. “Gənclərbirliyi” doğma divarlar arasında “Etimesqut” komandasını darmadağın edib.
“Akhisar” isə evində “Ərzurum BB” ilə qarşılaşıb. Matçın əsas vaxtında komandalar hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda ev sahibləri Kosenin vurduğu qol sayəsində növbəti mərhələyə adlayıb.
Türkiyə Kuboku 3-cü mərhələ
28 oktyabr
“Cizrespor” – “Göztəpə” 2:0
“Tulzaspr” - “Kasımpaşa” 3:1
“Gənclərbirliyi” - “Etimesqut” 6:0
“Akhisar” - “Ərzurum BB” 2:1
saytlarin hazirlanmasi