“Qaziantep BB” Nurullah Sağlamla yollarnıı ayırdı
Türkiyə PTT 1-Cİ Liqasinda azərbaycanlı futbolçular Vaqif Cavadov və Rəhman Hacıyevin çıxış etdiyi “Qaziantep Böyükşəhər Bələdiyyəspor”da baş məşqçi dəyişikliyi olub.
Sportal.az komandanın mövsümə uğursuz start verməsi baş məşqçi Nurullah Sağlamın istefasına səbəb olub. Təcrübəli mütəxəssis komandadan gedişinə belə şərh verib:
“Maliyyədən öncə klub rəhbəri Fatma Şahinin mənə olan inamını itirdim. Buna görə rəhbərlikdənı və şəhərin bütün futbol camiyəsindən üzr istəyirəm. Onların mənə olan etimadını doğrulda bilmədim və istefa verdim. Bundan sonra komandada çalışacaq yeni baş məşqçiyə uğurlar arzulayıram”.
Qeyd edək ki, klub rəhbərliyi Nurullah Sağlamı “Qaziantep Böyükşəhər Bələdiyyəspor”da əvəzləyəcək yeni baş məşqçinin adını hələ açıqlamayıb.
saytlarin hazirlanmasi