Jozef Çinarın vurduğu qol qaziateplilərə bəs etdi
Türkiyə ölkə kubokunda 3-cü mərhələ oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu “Qaziantep BB" doğma divarlar arasında “Yeni Aksarayspor” qəbul edib.
71-ci dəqiqədə Jozef Çinarın vurduğu qol qaziateplilərə həm qələbə qazandırıb həm kubokda növbəti mərhələyə yüksəldib . Bu oyunda hər üç futbolçumuz forma geyinmək şansı əldə edib. Ufukla Hacıyev start heyətdə yer alıbsa, Cavado fasilədən sonra Abdullah Halmanı əvəzləyib.
saytlarin hazirlanmasi