Prezidente sərt cəza
"Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım cəzalandırılıb.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Əziz Yıldırımı 60 günlük futboldan kənarlaşdırıb. Klub prezidenti hakimə qarşı etdiyi qeyri-etik hərəkətlərinə görə bu cəzaya məruz qalıb.
Qeyd edək ki, Yıldırım 26 min türk lirəsi məbləğində cərimə ödəməlidir