Türkiyə Superliqası: Umut “Qalatasaray”a ümid verdi

00:45 - 1 Noyabr 2014

"Cim Bom"dan əzmkar qələbə
 
Türkiyə Superliqasında 8-ci tura bir oyunla start verilib.
 
Sportal.az xəbər verir ki, son vaxtlar uğursuz çıxışıyla yadda qalan “Qalatasaray” “Tütk Telekom Arena”da “Kasımpaşa”nı sınağa çəkib.
 
41-ci dəqiqədə Adəm Böyükün qoluyla qonaq komanda hesabda önə keçib. Fasiləyə məğlub durumda yollanan “sarı-qırmızılılar” ikinci 45 dəqiqədə oyunda üstünlüyü ələ alıblar. İkinci hissənin əvvəlində Burak Yılmaz tarazlığı bərpa edib. Son dəqiqələrdə təzyiqi artıran “Qalatasaray” Umut Bulutun qolu sayəsində rəqibdən 3 xalı qoparmağı bacarıb. 
 
 
Türkiyə Superliqası  8-ci tur
 
31 oktyabr
 
“Qalatasaray” – “Kasımpaşa”  2:1
Qollar: Burak Yılmaz, 53, Umut Bulut, 90 – Adəm Böyük, 41        

Xəbər xətti