Türkiyə Superliqasında 8-ci tura bir oyunla start verilib.
Sportal.az xəbər verir ki, son vaxtlar uğursuz çıxışıyla yadda qalan “Qalatasaray” “Tütk Telekom Arena”da “Kasımpaşa”nı sınağa çəkib.
41-ci dəqiqədə Adəm Böyükün qoluyla qonaq komanda hesabda önə keçsə də, fasilədən sonra meydan sahibləri oyunda dönüş yaradaraq əzmkar qələbə qazanıblar.