Türkiyə Superliqası: “Trabzonspor” səfərdən 1 xalla qayıdır

23:45 - 1 Noyabr 2014

Tomiç "Başakşəhər"i əliboş qoydu
 
 
Türkiyə Superliqasında 8-ci tura bir oyunla start verilib.
 
Sportal.az xəbər verir ki, son vaxtlar uğursuz çıxışıyla yadda qalan “Qalatasaray” “Tütk Telekom Arena”da “Kasımpaşa”nı sınağa çəkib.
 
41-ci dəqiqədə Adəm Böyükün qoluyla qonaq komanda hesabda önə keçib. Fasiləyə məğlub durumda yollanan “sarı-qırmızılılar” ikinci 45 dəqiqədə oyunda üstünlüyü ələ alıblar. İkinci hissənin əvvəlində Burak Yılmaz tarazlığı bərpa edib. Son dəqiqələrdə təzyiqi artıran “Qalatasaray” Umut Bulutun qolu sayəsində rəqibdən 3 xalı qoparmağı bacarıb. 
 
Hesabat turunun ikinci günündə 3 qarşılaşma keçirilib. “Trapzonspor” “Akhisar”lın qonağı olıub. Bu oyunda tərəflər hərəyə 1 qol vuraraq xalları yarı bölüblər. “Bursaspor” isə doğma divarlar arxasında “Sivasspor” üzərində qələbə qazanıb. 
 
 
Türkiyə Superliqası  8-ci tur
 
 
31 oktyabr
 
“Qalatasaray” – “Kasımpaşa”  2:1
Qollar: Burak Yılmaz, 53, Umut Bulut, 90 – Adəm Böyük, 41        
 
1 noyabr
 
“Gənclərbirliyi” - “Başakşəhər”  1:0
Qol: Tomiç, 90+6
 
“Bursaspor” - “Sivasspor”  3:0
Qollar: Josue, 57, Volkan Şən, 59, Fernandao, 70
 
“Akhisar” - “Trabzonspor”  1:1
Qollar: Gekas, 23 – Ekici, 33

Xəbər xətti