Millimizin sabiq üzvü oynadı, komandası uduzdu VİDEO

01:30 - 2 Noyabr 2014

“Manisaspor” səfərdən əliboş dönür 
 
Türkiyə PTT I liqasında 8-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” səfərdə “Şanlıurfaspor”la üz-üzə gəlib. Əsas hyetdə yer alan Subaşiç 90 dəqiqə meydanda olub. İlk hissə qolsuz başa çatsa da, 56-cı dəqiqədə Volkan Okumakın vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb. 
 
 

Xəbər xətti