Türkiyə Superliqası: Aykut Kocamanlı "Konyaspor" ilk sınaqdan uğurla çıxdi

00:45 - 4 Noyabr 2014

"Əskişəhərspor" yenə xal itirdi
 
Türkiyə Superliqasında 8-ci tura iki qarşılaşma ilə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, sonuncu oyun günündə “Əskişəhərspor” evdə “Balıkəsirspor”u, “Konyaspor” siə “Karabükspor”u sınağa çəkib. Ərtoğrul Sağlamın başçılıq etdiyi “Əskişəhərspor” rəqibinin müqavimətini qıra bilməyib. Baxmayaraq ki, meydan sahibləri hesabda öndə olslar da, oyunun başa çatmasına 10 dəqiqə qalmış qələbəni əldən veriblər.
 
Aykut Kocamanın baş məşqçiliyi altında ilk rəsmi matçına çıxan “Konyaspor” döğma divarlar arasında qələbə qazanmağı bacarıb. Özü də konyalılar meydanda azlıqda qalsalar da, əzmkarlıq göstərərək 89-cu dəqiqədə qələbə topunu vurublar.   
 
Türkiyə Superliqası  8-ci tur
 
3 noyabr
 
“Əskişəhərspor” – “Balıkəsirspor”  2:2
Qollar: Laval, 65, Funes, 74 – Yıldırım, 27, Koelho, 80
 
“Konyaspor” – “Karabükspor”  1:0
Qol: Şahiner, 89 

Xəbər xətti