"Orduspor" - "Qaziantep BB" 0:2, Vaqif Cavadovun vurduğu qol VİDEO

11:20 - 4 Noyabr 2014

Millimizin üzvləri start heyətində yer aldılar 
 
 
Türkiyə PTT liqasında 8-ci turun oyunlarına yekun vurulub.
 
 
Sportal.az xəbər verir ki, sonuncu matç günündə millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" səfərdə "Orduspor"la qarşılaşıb.
 
 
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı millimizin hücumçusu Vaqif Cavadov açıb. O, oyununun 74-cü dəqiqəsində fərqlənib. Bu, Cavadovun "Qaziantep BB"də vurduğu 3-cü qol olub.
 
 
Qeyd edək ki, Vaqif Cavadov və Ufuk Budak "Orduspor"a qarşı oyunda əsas heyətdə meydana çıxıb. Rəhman Hacıyev isə 18 nəfərlik heyətdə yer almayıb.
 

Xəbər xətti