"Qalatasaray"ın umid işığını Umut yandırdı
Türkiyə Superliqasında 9-cu turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, hesabat turunun ilk günündə 2 qarşılşama baş tutub. “Sivasspor” evdə son sıralarda qərarlaşan “Əskişəhərspor”la üz-üzə gəlib. Hərəyə bir dəfə fərqlənən tərəflər xalları yarı bölüb. “Qaziantepspor” doğma meydanda “Akhisar”i minimal hesabla məğlub edib.
Çempionlar Liqasında uğursuzluqla üzləşən “Qalatasaray” bu tur “Karabükspor”un qonağı olub. “Sarı-qırmızılılar” yenə də Umut Bulutun qoluyla rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Çempionluq mübarizəsində rəqiblərindən geri qalmayan “Fənərbaxça” doğma azarkeşləri önündə “Çaykur Rizəspor”la üz-üzə gəlib. Erkən qolla hesabda geri düşən “sarı-lacivərdlilər” daha sonra üstünlüyü ələ alaraq, 2 qol vurmağı bacarıblar.
Türkiyə Superliqası 9-cu tur
7 noyabr
“Sivasspor” - “Əskişəhərspor” 1:1
Qollar: Utaka, 46 - Şişmanoğlu, 90+6
“Qaziantepspor” - “Akhisar” 1:0
Qol: Dəmir, 23
8 noyabr
"Mersin İdmanyurdu” - “Balıkesirspor” 2:1
Qollar: Velliton, 16, Dəlibalta, 55 – Yıldırım, 64
“Karabükspor” - “Qalatasaray” 1:2
Qollar: Güngör, 57 - Şeyju, 3, Bulut, 71
“Fənərbaxça” – “Çaykur Rizəspor” 2:1
Qollar: Kadleç, 41 Vebo, 80 - Kadleç, 6-öz qapısına
9 noyabr
15:30 “Kasımpaşa” – “Gənclərbirliyi”
15:30 “Ərciyəsspor” – “Bursaspor”
18:00 “Trabzonspor” – “Konyaspor”
21:00 “Başakşəhər” – “Beşiktaş”
saytlarin hazirlanmasi