Cavadov və Budak oynadı, komandaları 1 xal qazandı

23:35 - 9 Noyabr 2014

"Qaziantep BB" sülhə razı oldu

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.
 
Komanda səfərdə "Osmanlıspor"la qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb. Budak və Cavadov 90 dəqiqə meydanda olub. Hacıyev isə qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, "Qaziantep BB" turnir cədvəlində 9 oyundan sonra 8 xalla 15-ci pillədədir.

Xəbər xətti