Vahid Xəlilhodziç: “Trabzonspor”u seçdiyimə peşmanam"

00:30 - 12 Noyabr 2014

"Onda mən adlı-sanlı klubu çalışdırmaqdan imtina etdim"
 
DÇ-2014-də Vahid Xəlilhodziçin baş məşqçiliyi altında Əlcəzair millisi 1/8 finala qədər irəlilədi.
 
Sportal.az xəbər verir ki, mundialdan sonra bosniyalı məşqçi “Trabzonspor” klubunu çalışdırmağa razılıq verdi. Lakin çox çəkmədi ki, təzyiqlərə məruz qalan məşqçi Türkiyə təmsilçisiylə müqaviləni qarşlıqlı razılıq əsasında ləğv etdi. Vahid Xəlilhodziç açıqlamasında “Trabzonspor”da işləməyə razılıq verdiyinə peşman olduğunu deyib:
 
“Trabzonspor”da işləməyə razılıq verməklə mən səhvə yol verdim. Həmin vaxt başqa klublardan da təklif almışdım. Dünya çempionatından sonra “Milan”ın baş məşqçisi olmaq imkanım var idi. Lakin onda mən adlı-sanlı klubu çalışdırmaqdan imtina etdim. Çünki, “Trabzonspor” klubunun rəhbərinə söz vermişdim. İndi seçimimdə yanlışlığa yol verdiyimi anladım və buna görə də peşmanam” .                       

Xəbər xətti