Klub rəhbərliyi mütəxəssislə razılığa gəldiı
Vahid Xəlilhodziçlə yollarını ayırdıqdan sonra baş məşqçi axtaran "Trabzonspor" klubu istədiyi məşqçini tapıb.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi baş məşqçi postuna Ərsun Yanalı dəvət edib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, “Trabzonspor” rəhbərliyi 53 yaşlı mütəxəssislə razılıq əldə edib. Klubun yaxın günlərdə təcrübəli mütəxəssislə müqavilə bağlayacağı gözlənilir. .
Qeyd edək ki, Ərsun Yanal 2007/2009-cu illərdə “Trabzonspor” klubunun baş məşqçisi olub. Onun son çalışdırdığı komanda "Fənərbaxça"dır.
saytlarin hazirlanmasi