Borc ödənilməzsə...
Türkiyə Superliqasında çıxış edən "Mərsin İdmanyurdu" 2011-2012 sezonunda heyətinə qatdığı bolqar futbolçu Spas Delev üçün cəzalana bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Spas Delevin transferində türk klubun Sofiyanın ÇSKA klubuna 660 min avro borcu qaldığına görə FİFA tərəfindən 50 min avro cəzalanması və borcu ödəmək üçün vaxt verildiyi bildirilib.
Qeyd edək ki. borcun ödənilməməsi təqdirində "Mersin İdmanyurdu" çempionatdan kənarlaşdırıla və ya hesabından xallar silinə bilər.
saytlarin hazirlanmasi