Qonaqlar 3 xalı 3 qolla qazandılar
Türkiyə PTT I Liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın aparıcı üzvü Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka" səfərdə "Altınordu" ilə qarşılaşıb.
Əsas heyətdə yer Mahir Şükürov 90 dəqiqə meydanda mübarizə aparıb. Bu görüşdə “Karşıyaka" rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xalını 17-ə çatdıran karşıyakalılar turnir cədvəlində 6-cı pilləyə yüksəliblər.
saytlarin hazirlanmasi