"Əgər uğursuzluq olarsa, gedəcəyəm"
"Qalatasaray" klubu yeni baş məşqçisi Həmzə Həmzəoğlunu rəsmən ictimaiyyətə təqdim edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, H.Həmzəoğlu "Qalatasaray"la 2015-ci ilin may ayına qədər müqavilə imzalayıb.
"Bura mənim üçün doğmadır. Yenidən burada olduğum üçün çox xoşbəxtəm. Mənə dəstək olduğuna görə Fatih Terimə təşəkkür edirəm. Müqaviləm may ayına qədərdir. 10 illik müqaviləyə ehtiyacım yoxdur. Əgər uğursuzluq olarsa, gedəcəyəm" - deyə türkiyəli mütəxəssis bildirib.
Qeyd edək ki, Həmzə Həmzəoğlu "Qalatasaray"ın baş məşqçi vəzifəsində bir müddət öncə istefaya göndərilən Çezare Prandellini əvəzləyib.