I Divizion klublarına da cəza verildi

15:25 - 2 Dekabr 2014

İntizam Komitəsinin növbəti iclası

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Şuşa” – “Energetik” matçının 48-ci dəqiqəsində “Energetik”in futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

MOİK  – “Bakılı” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Lokomotiv” – “Mil-Muğan” matçının 33-cü dəqiqəsində “Lokomotiv”in futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Xəbər xətti