İntizam Komitəsinin iclası
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK son turda yaşananlarla bağlı müvafiq qərarlar çıxarıb:
Azərbaycan I divizionun XIV turunun “Kəpəz” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionun XIV turunun “Şəmkir” – “Göyəzən” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.
Oyunun 29-cu dəqiqəsində “Göyəzən” klubunun 29 nömrəli futbolçusu Tunar Şaxtaxtinski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Azərbaycan I divizionun XIV turunun “Qaradağ Lökbatan” – “Rəvan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 45-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 7 nömrəli futbolçusu Anar Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Oyunun 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Aydın İslamov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat cərimə tətbiq edilib.
Azərbaycan I divizionun XIV turunun “Ağsu” – “Lokomotiv” matçında “Lokomotiv” klubu meydançaya 7 futbolçu ilə çıxmışdır. Oyunun fasiləsi zamanı “Lokomotiv” klubunun futbolçusu zədələnmişdir. Bununla da, yetərsay təmin olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.