Baş məşqçidən açıqlama
"Dənizlispor" qış transferi pəncərəsində millimizin sabiq üzvü Rail Məlikovla yolları ayırmağa qərar verib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Dənizlispor"un baş məşqçisi Özcan Bizat məlumat verib:
"Karşıyaka"ya qarşı matçda Raili əsas heyətdə oynatmağı planlaşdırırdım. Ancaq onu məşq zamanı həvəssiz gördüyüm üçün xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini söylədiyi zaman isə şoka düşdüm. Rail səbəbsiz yerə 6 məşqdə iştirak etməyib. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb."
saytlarin hazirlanmasi