"Beşiktaş"ın altı futbolçusu "Tottenhem"lə matçda oynamayacaq

18:30 - 11 Dekabr 2014

Vəli Kavlak da zədələndi

 

Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin son turunda bu axşam "Tottenhem"lə qarşılaşacaq komandada son olaraq Vəli Kavlak sıradan çıxıb. İstanbul təmsilçisinin futbolçusu Vəli Kavlak zədə səbəbindən ingilis klubu ilə liderlik matçında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Kavlakla yanaşı, zədə səbəbindən Mustafa Pektemek, Demba Ba, Cenk Gönen, Uğur Boral və Tomas Sivok da "Tottenhem"lə oyunu buraxacaqlar.

 

Xatırladaq ki, "Beşiktaş" - "Tottenhem" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti