Türkiyə Superliqası: "Qalatasaray" "Konyaspor"a 5 verdi

00:15 - 14 Dekabr 2014

"Cim Bom" zirvəyə yüksəldi
 
Türkiyə Superliqasında 13-cü turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ilk matç günündə azarkeşlər yalnız bir qarşılaşma izləyib. “Fənərbaxça” millimizin hücumçusu Ciahan Özkaranın formasını geyindiyi “Sivasspor”u qəbul edib.
 
İstanbul nəhənginin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Özkara qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasında izləyib.
 
“Qalatasaray” səfərdə “Konyaspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibinə əsl futbol dərsi keçib.
 
 
Türkiyə Superliqası 13-cü tur
 
 
12 dekabr
 
“Fənərbaxça” – “Sivasspor”  4:1
Qollar: Bəkir, 3, Sou, 14, 66, Kuyt, 39 - Çaheçouhe, 13
 
13 dekabr
 
“Başakşəhər” – “Balıkəsirspor”  1:0
Qol: Şəntürk, 73
 
“Akhisar” – “Gənclərbirliyi”  1:1
Qollar: Gekas, 67 - Tomiç, 79
 
“Kasımpaşa” – “Əskişəhərspor”  1:0
Qol: Kastro, 30
 
“Konyaspor” – “Qalatasaray”  0:5
Qollar: Umut Bulut, 16, Əmrə Çolak, 23, Burak Yılmaz, 37, 58, Həmit Altıntop, 62

 

14 dekabr

15:30 “Karabükspor” – “Bursaspor”
18:00 “Mersin İdmanyurdu” – “Kayseri Ərciyəsspor”
21:00 “Qaziantepspor” – “Beşiktaş”
 
 
15 dekabr
 
22:00 “Trabzonspor” – “Çaykur Rizəspor”

 

Xəbər xətti