Mahir Şükürov oynadı, "Karşıyaka" səfərdə məğlub oldu

23:43 - 14 Dekabr 2014

Komanda "Girəsunspor"a uduzdu



Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçına çıxıb.
 
Komanda səfərdə digər həmyerlimiz Ayaz Mehdiyevin çıxış etdiyi “Girəsunspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şükürov sona qədər meydanda olub. Mehdiyevin adı isə heç oyunun iştirak ərizəsinə də daxil edilməyib.
 
Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 18 xalla 6-cı, 16 xal toplayan Girəsun təmsilçisi isə 10-cu pilləsinə qərarlaşıb.

Xəbər xətti