“Bursaspor” “Karabükspor”la bacarmadı
Türkiyə Superliqasında 13-cü turun qalan oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ilk matç günündə azarkeşlər yalnız bir qarşılaşma izləyib. “Fənərbaxça” millimizin hücumçusu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor”u qəbul edib.
İstanbul nəhənginin 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Özkara qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasında izləyib.
“Qalatasaray” səfərdə “Konyaspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi rəqibinə əsl futbol dərsi keçib.
Çempionluq uğrunda mübarizə aparan “Beşiktaş” “Qaziantepspor”un qonağı olub. “Qara qartallar” ilk yarıda rəqibin qapısına yol tapa bilməsə də, ikinci hissədə istəyinə çatıb. 64-cü dəqiqədə Özyakubun qolu İstanbul təmsilçisinə 3 xal qazandırmaqla yanaşı yenidən zirvəyə yüksəldib.
Türkiyə Superliqası 13-cü tur
12 dekabr
“Fənərbaxça” – “Sivasspor” 4:1
Qollar: Bəkir, 3, Sou, 14, 66, Kuyt, 39 - Çaheçouhe, 13
13 dekabr
“Başakşəhər” – “Balıkəsirspor” 1:0
Qol: Şəntürk, 73
“Akhisar” – “Gənclərbirliyi” 1:1
Qollar: Gekas, 67 - Tomiç, 79
“Kasımpaşa” – “Əskişəhərspor” 1:0
Qol: Kastro, 30
“Konyaspor” – “Qalatasaray” 0:5
Qollar: Umut Bulut, 16, Əmrə Çolak, 23, Burak Yılmaz, 37, 58, Həmit Altıntop, 62
14 dekabr
“Karabükspor” – “Bursaspor” 3:2
Qollar: Viola, 21, 56-pen, Traore, 90 - Bakambu, 29, Fernando, 45
"Mersin İdmanyurdu” – “kayseri Ərciyəsspor” 1:1
Qollar: Futaks, 35 – Karaer, 48
“Qaziantepspor” – “Beşiktaş” 0:1
Qol: Özyakup, 64
15 dekabr
22:00 “Trabzonspor” – “Çaykur Rizəspor”
saytlarin hazirlanmasi