"Beşiktaş"da şok: klub hücumçusuz qaldı

18:20 - 16 Dekabr 2014

Cenk Tosunun qasıq sümüyündə yırtıq aşkarlandıb

 

Türkiyənin “Beşiktaş” klubu son hücümçusunu da itirib.

Sportal.az xəbər verir ki, Debba Ba və Mustafa Pektemekin ardından Cenk Tosun da sıradan çıxıb.

İstanbul təmsilçisinin zədəli forvartları növbəti oyununa qədər hazır olmasa, hücum xəttində yalnız bir futbolçu çıxış edə bilər. Bu, əsas heyətə düşə bilməyən və əvəzedici komandada oynayan Furkan Yamandır.

Qeyd edək ki, “Beşiktaş” dekabrın 21-də “Akhisar”la qarşılaşacaq.

Xəbər xətti