Təlim-məşq toplanışı
Rəvan” rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda əsas komandanın qış fasiləsində nəzərdə tutulan təlim-məşq toplanışının detalları müzakirə olunub.
Yanvarın 7-dən məşqlərə start verən komandanın 24-dək paytaxtda hazırlıq keçməsi məqsədəuyğun sayılıb. Kollektiv bu müddətdə klubun Qaraçuxurdakı bazasında məskunlaşacaq.
"Rəvan” hazırlığın növbəti mərhələsini Salyan şəhərində keçəcək. Yanvarın 26-da əyalətə yollanacaq komanda Salyan Olimpiya Kompleksində lövbər salacaq. "Sarı-qırmızılılar” fevralın 8-də Bakıya dönəcəklər və toplanışa paytaxtda yekun vuracaqlar.
"Rəvan” toplanış dönəmində 8 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Artıq rəqiblərdən 3-ü bəllidir. "Aslanlar” yanvarın 17-də "Qaradağ Lökbatan”, 21-də "Ağsu”, 24-də isə "Şahdağ”la qarşılaşacaq.
Qeyd edək ki, bütün matçlar "Bayıl Arena”da keçiriləcək və saat 13:00-da başlayacaq.
saytlarin hazirlanmasi