"Neftçala" Türkiyə klubunu darmadağın etdi VİDEO

11:17 - 5 Fevral 2015

I Divizion təmsilçisindən qələbə
 
Antalyada təlim-məşq toplanışında olan "Neftçala" daha bir yoхlama oyunu keçirib.
 
Sportal.az  хəbər verir ki, I divizion klubu yerli klubla qarşılaşıb.
 
Belə ki, "Neftçala"nın rəqibi aşağı liqa təmsilçisi "Manavqatspor" olub. Azərbaycan klubu 5:0 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, "Neftçala" ilk yoхlama oyununda Almaniyanın "Viktoriya" (Berlin) klubuna 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti