Mövsümün II yarısına hazırlıq
Azərbaycan birinci divizionunda mübarizə aparan “Turan-Tovuz” mövsümün 2-ci yarısına hazırlıqlarını davam etdirir.
Sportal.az "Region TV"yə istinadən xəbər verir ki, komanda yeni baş məşqçi Səlahaddin Dərbəndin rəhbərliyi ilə məşqlərini doğma şəhərində keçirir.
Klub hələ ki, heç bir üzvü ilə yollarını ayırmasa da, komandada baxışda olan Ramin Mansurov və Ruslan Getmanla müqavilə imzalayıb.
"Turan-Tovuz" ik yoxlama oyununda özünü sınayıb. Bu görüşlərdə komanda Şəmkir təmsilçisini 2:0, Göyəzən kollektivini isə 1:0 məğlub edib.
Qeyd edək ki, "Turan-Tovuz" 2-ci dövrənin açılışı maçında “Göyəzən”lə qarşılaşacaq.
saytlarin hazirlanmasi