"Lokomotiv" maliyyə problemlərindən əziyyət çəkir
Azərbaycanda daha bir klub fəaliyyətini dayandırır.
Sportal.az xəbər verir ki, birinci divizionda mübarizə aparan "Lokomotiv" ikinci dövrədə çıxış etməyə bilər.
"Bakı"nın farm klubu hesab edilən komanda mövsümün ikinci yarısının hazırlıqlarına başlamayıb. "Bakı" klubu kimi "Lokomotiv" də maliyyə problemləriylə üzləşib.
Birinci divizionda ikinci dövrənin (16-cı turun) oyunları fevralın 20-də başlayacaq. 10 xalla 12-ci yerdə qərarlaşan "Lokomotiv" fevralın 21-də Gəncədə "Kəpəz"lə qarşılaşmalıdı.
saytlarin hazirlanmasi