AFFA I Divizion klublarını da cəzalandırdı

11:56 - 24 Fevral 2015

İntizam Komitəsinin iclası

 

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

 

 

Azərbaycan I Divizionun XVI turunun “Şəmkir” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

 

Azərbaycan I Divizionun XVI turunun “Şahdağ” – MOİK matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

 

Azərbaycan I Divizionun XVI turunun “Bakılı” – “Mil-Muğan”  matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Xəbər xətti