"Kəpəz"ə texniki məğlubiyyət

12:50 - 3 Mart 2015

İntizam Komitəsinin qərarları

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizion klubları da cəzasız qalmayıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarları təqdim edir:

 

27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Zirə” – “Kəpəz”  matçında “Kəpəz” komandasının heyətində 7 №-li futbolçu Ramil Həşimzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 500 manat cərimə olunur.

 

27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi  Araz Əliyev    texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur. Oyunun 90-cı dəqiqəsində “Ağsu” klubunun 4 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

27 fevral 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan” klubunun 13 №-li futbolçusu Bayram Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Xəbər xətti