18-ci tura hazırlıq
Futbol üzrə Azərbaycanın I Divizionunda yüksək yerlərə iddia edən Qusarın “Şahdağ” futbol klubu növbəti turun oyununa ciddi hazırlaşır.
Sportal.az xəbər verir ki, qusarlılar martın 7-də XVIII tur çərçivəsində Şövkət Orduxanov adına Qusar şəhər stadionunda “Turan Tovuz” kollektivini sınağa çəkəcək. Bu komandalar turnir cədvəlində qonşu mövqelərdə qərarlaşdığından oyunun gərgin keçəcəyi gözlənilir. “Şahdağ” bu matçda qalib gəlsə, “Turan Tovuz”u qabaqlayaraq 6-cı pilləyə yüksələcək.
“Şahdağ” futbol klubunun baş məşqçisi Telman Cavadov öz açıqlamasında bu oyuna yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Gün ərzində futbolçularımızla həm texniki həm də taktiki tapşırıq üzərində qurulan iki məşq keçirik. Komandamız “Turan Tovuz” kollektivi ilə qarşılaşmaya tam hazırdır. Son oyunlarda göstərdiyimiz uğurlu nəticələr də bizi ruhlandırır. Rəqibimizin də güclü komanda olmasına baxmayaraq, bu qarşılaşmada qalib gələn tərəf olmaq istəyirik”.
Qeyd edək ki, Qusarın “Şahdağ” futbol klubu 17 turdan sonra 29 xal toplayaraq 7-ci pillədə qərarlaşıb. (AzərTac)
saytlarin hazirlanmasi