2 loqodan biri...
I Divizionda çıxış edən "Şəmkir" klubu yeni loqo axtarışında idi və bunun üçün də azarkeşlər arasında müsabiqə elan edib.
Sportal.az xəbər verir ki, klub artıq öz 2 loqo namizədini azarkeşlərə təqdim edib. Yaxın günlərdə seçimin hansı loqo olacağı qeyd olunacaq. Həmin loqoları izahı ilə birlikdə sizə təqdim edirik:
Namizəd 1.
Atlı loqo
1. Qırmızı rəng klubun rəngidir və mübariz olduğumuzu simvolizə edir.
2. 1954 klubun yaranma tarixidir və "Şəmkir" futbol klubunun Azərbaycanın ən qədim klublarından biri olmasına işarədir.
3. Qalxanın olması gücün təcəssümüdür.
4. Qalxanın hər iki tərəfində qanadlı atlar isə bu yerlərdə qəhrəmanlıq etmiş xalqın qəhrəmanı Koroğlunun Qır və Dur atlarına bir işarədir. Xalqın birliyini simvolizə edir. Atlar hərəkəti və çevikliyi ifadə edir. Qanadların olması isə digər atlardan daha üstünlüyünə bir işarədir.
5. Qalxanın içərisindəki at və onun qanadının bayraq rənglərində olması isə klubuzum beynəlxalq oyunlarda Azərbaycanı təmsil etməsinə, Azərbaycana mənsub olmasını göstərmək üçündür.
6. Atlı loqonun müxtəlif teksturalarda görünüşünü də sizə təqdim edirik.
Namizəd 2.
Qala loqosu
1. Qırmızı rəng klubun rəngidir və mübariz olduğumuzu simvolizə edir.
2. 1954 klubun yaranma tarixidir və "Şəmkir" futbol klubunun Azərbaycanın ən qədim klublarından biri olmasına işarədir.
3. Qalxanın olması gücün təcəssümüdür.
4. Qalxanın içərisindəki top futbola bağlılığımızı, futbol sevərliyə bir işarədir.
5. Qalxanın içərisindəki qala Şəmkir qalasıdır. Tariximizə, keçmişimizə olan hörmət və ehtiramı ifadə edir. Qala-möhkəmlik, dayanıqlıq, fətholunmazlıq simvoludur.
7. 3 ulduzun olması "Şəmkir"in 3 dəfə çempion olmasına və bayrağımızın rənglərinə bir işarədir.
saytlarin hazirlanmasi