Misir Əbilov hakimi təhqir etdi, cəzasız qaldı

18:29 - 10 Mart 2015

Klub prezidenti hakimlərin otağına daxil oldu
 
I divizionun son turunun "Bakılı” – MOİK matçında xoşagəlməz olay yaşanıb.
 
Sportal.az "Futbol+” qəzetinə istinadən xəbər verir ki, bu oyunda 0:0 oynayaraq çox vacib 2 xal itirən "Bakılı”nın prezidenti Misir Əbilov matçdan sonra hakimlər otağına daxil olaraq baş hakim Feyzulla Feyzullayevi və onun köməkçilərini təhqir edib.
 
Halbuki, onun hakimlər otağına girməyə ixtiyarı yoxdur. O da maraqlıdır ki, Əbilov otağa polislərin gözü qarşısında daxil olub və heç kim ona mane olmayıb. Oyunun komissarının bu zaman harda olduğu maraqlı məqamdır.
 
Məhz AFFA nümayəndəsinin bu barədə qeydləri olmadığından, İntizam Komitəsi bugünkü iclasında Misir Əbilova cəza verməyib. Yalnız MOİK 4 futbolçusu sarı vərəqə aldığı üçün 100 manat cərimələnib.

Xəbər xətti