Hər iki komandanın 93 günlük tilsimi
I Divizionda artıq ikinci dövrədə 3 tur arxada qalıb.
Sportal.az xəbər verir ki, bu 3 dövrədə iki komanda müdafiə baxımından öz sözünü deyib. Belə ki, "Rəvan" və "Zirə" bu 3 turda qapısında qol görməyib. "Zirə" və "Rəvan" ilk dövrədə baş tutan 15 turda cəmi 6 oyunda qol buraxmayıb. "Zirə" sonuncu dəfə dekabrın 8-i keçirilən "Şuşa" ilə matçda qapısında top görüb. "Rəvan" isə eyni gündə "Qaradağ Lökbatan"dan qol buraxmışdı. Hər iki komanda 93 gündür ki, qapısını toxunulmaz saxlaya bilir.
saytlarin hazirlanmasi