"İkinci dövrəyə yaxşı başlamışıq"
I Divizionun növbəti turunda “Kəpəz” futbol klubu ilə oyun qabağı “Şahdağ” klubunun qapıçısı Samir Quliyev öz fikirlərini bölüşüb.
Sportal.az sizi həmin fikirlərlə tanış edir:
"İkinci dövrəyə yaxşı başlamışıq. Bu isə o deməkdir ki, yanvarda keçirilən təlim-məşq toplanışı öz faydasını verir.İlk iki oyunda biz böyük hesabla və vuruşqanlıqla qələbə qazanmışıq. Klubumuzun baş məşqçisi Telman Cavadov komanda üçün əlindən gələni əsirgəmədi. Biz rəqibə yuxarıdan aşagı baxmırıq, bilməliyik ki, çempionatda zəif komanda yoxdu. "Kəpəz"ə oyuna ciddi hazırlaşmalıyıq. Son oyunda qələbə qazanmağa baxmayaraq, bizi çətin oyun gözləyir. Bu oyunda 3 xall qazanıb, Agsuya səfərə rahat getməliyik. Bütün azarkeşləri stadiona dəvət edirəm. Sizin dəstəyinizə ehtiyacımız var".