"Zirə"də son durum

15:40 - 21 Mart 2015

3 zədəli olsa da...

 

I Divizionda mübarizə aparan "Zirə" XX tur çərçivəsində doğma meydanda keçirəcəyi "Energetik"lə qarşılaşmanın hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komandada 3 zədəli var. Bunlar Tural Rzayev, Bezik Çimakadze və Əlimirzə Daşzərnidir. Çimakadze fiziki hazırlıq üzrə məşq keçir və yaxın günlərdə sıraya dönəcəyi gözlənilir. Tural Rzayev isə fərdi məşqlə kifayətlənir. "Zirə" üçün sevindirici xəbər isə Ramazan Həsənovun zədəsini tam olaraq sağaldaraq komanda ilə birgə məşq etməsidir.

 

Qeyd edək ki, "Zirə" - "Energetik" matçı martın 23-ü saat 19:00-da başlayacaq.

Xəbər xətti