23-cü tura ciddi hazırlıq
2 günlük fasilədən sonra "Şəmkir" Fk "Rəvan" la oynayacağı oyunun hazırlıqlarına başlayıb.
Sportal.az xəbər verir ki, gündə 2 dəfə məşq prossesi keçən Kamran Əlibabayevin yetirmələri "Rəvan" la oyuna 3 xal əzmi ilə çıxacaqlar. Qalibiyyət uğrunda mübarizə aparacaq olan komandanıın məşqləri çox gərgin və intensiv şəkildə davam etdirilir.
Xatırladaq ki, "Şəmkir" - "Rəvan" qarşılaşması aprel ayının 10-u Şəmkir Olimpiya Idman kompleksi stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi