XXI turun matçı
Futbol üzrə Azərbaycan birinci divizionunun 21-ci turundan təxirə salınmış “Bakılı”- “Zirə” oyunu üçün hakim təyinatlar açıqlanıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "İnter Arena"nın 4-cü meydançasında keçiriləcək oyunu Premyer Liqa hakimlərimizdən Orxan Məmmədov idarə edəcək.
14 aprel
“Bakılı” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Knyaz Əmiraslanov, Yusif Hüseynov
Hakim-inspektor: Rüfət Hüseynov
“İnter Arena”, 4-cü meydança, 12:00