I Divizionun 24-c turunda "Rəvan" doğma meydanda "Qaradağ Lökbatan"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, bu matç qalmaqalla yadda qalıb. Belə ki, "Rəvan" hesabı açdıqdan sonra qonaqlar qolun ofsayddan vurduğunu hesab edərək meydanı tərk etmişdilər. Lakin 15 dəqiqədən sonra yenidən meydana daxil olub oyuna davam etdirmişdilər.