Qusarda "1 manat" aksiyası baş tutdu FOTOLAR

12:36 - 26 Aprel 2015

Xeyriyyə aksiyası

 

Dünən, 25 aprel “Şahdağ” futbol klubunun təşəbbüsü ilə keçirdiyi “1 manat” adlı aksiya baş tutub.


Sportal.az xəbər verir  ki, “1 manat” aksiya Qusarın balaca sakinə həsr olunmuşdur.

 

Asim Şahbalayev Orxan oğlu ağır xəstəliyindən əziyyət çəkir və təcilli əməliyyat olunmalıdır. Həkimlər Asimə ağır diaqnozlar səsləndiriblər: Sağ tərəfli urelerohidronefroz, sol böyrəyin multikistozu, hər iki böyrəyin funksiyasının kəskin azalması XBÇ. Balacanın ümumi vəziyyəti ağırdır. Əməliyyatın hərclərini ödəmək üçün Asimin atası 10 000 ABŞ dollar yığmalıdır.
Klubun həm rəhbərliyi həm futbolçuları Asimə diqqəti cəlb etməsi, habelə yardım əlini uzatmaq məqsədi ilə "Şahdağ" - "Zirə" oyununda Qusar şəhər stadionun girişində qutu quraşdırıb. Qusar sakinləri oyunan qabaq və oyun zamanı “1 manat” aksiyada fəal iştrakı müşahidə edilmişdir.
Oyun başa çatandan sonra, bir sıra azarkeşlərin, futbolçuların, jurnalistlərin və Asimin atasının iştirakı ilə qutu açılıb və yıgılan vəsait sayılıb, aktlaşdırıb.


Yığılan vəsait 2150.20 manat və 100 rus rublu təşkil etmişdir. Bütün vəsait Asimin atası Orxan bəyə təhvil verilib.


Əlavə kömək göstərmək istəyən şəxslər üçün, Asimin atası Orxan bəyin əlaqə telefon nömrələri: +994 70 8987217; +994 55 8871268.


“Şahdağ” futbol klubunun prezidenti Ərəstun Niftiyev ilk öncə Qusar rayon İH başcısına cənab Şair Alxasova və PFL prezidentinə cənab Ramin Musayeva dəstəklərinə görə dərin təşşəkürlərini bildirir.


Klubu nailiyyətlərə dogru irəlləşməyə yegənə stimulu olan “Şahdağ”ın sevimli azarkeşlərə minnətlarımızı bildiririk. Asimə isə tezlikdə sağalmasını və gələcəkdə “Şahdağ”ın daimi azarkeşi olmasını arzu edirik.


“Şəhdağ” FK mətbuat xidməti

 

Xəbər xətti