AFFA İK hakimin haqsız olduğuna qərar verdi

14:00 - 28 Aprel 2015

Bir-birini təhqir edın futbolçulara 3 oyunluq cəza
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, İK  I Divizionun 25-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
 
 
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Rəvan” – “Neftçala” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur   
 
25 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Şahdağ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur .
 
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 5, “Mil-Muğan” klubunun  isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunur  . Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
24 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXV turunun “Kəpəz” – “Ağsu” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur . Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünür, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilir. Hakimlər Komitəsi hakim haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
 
Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Vasif Mehrəliyev, “Ağsu” klubunun 7 №-li futbolçusu Malik Babayev bir-birini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır  .

Xəbər xətti