Komanda ən yaxın izləyicisini 11 xal qabaqlayır
Azərbaycan I Divizionunda XXVI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, sona 4 tur qalmış "Neftçala" çempionluğu təmin edib.
Hazırda 69 xala malik Kamal Quliyevin komandası "Rəvan"ın "Zirə"yə 0:2 hesablı məğlubiyyətindən sonra ən yaxın izləyicisini 11 xal qabaqlayır. Növbəti turlarda "Neftçala"nın keçirdiyi oyunlardan biri artıq fəaliyyətini dayandırmış "Lokomotiv"ə qarşı olacaq. Həmin matçda əyalət klubu texniki qələbə ilə 3 xal qazanacaq ki, bu da çempionluq üçün yetərli olacaq.
saytlarin hazirlanmasi