AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza

13:00 - 5 May 2015

Cəzalar I Divizion klublarından yan ötmədi

 

İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

 

Sportal.az sizi iclasda qəbul olunan qərarlarla tanış edir:

 

 

30 aprel 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

“Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görüləcək.

Oyunun baş hakimi haqqında Hakimlər komitəsi lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

 

1 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Bakılı” – “Şahdağ” matçının 31-ci dəqiqəsində “Bakılı” klubunun 9 №-li futbolçusu Büşrah Əlili sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

1 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Zirə” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

Xəbər xətti