Bəyənat yaydı
I Divizion təmsilçisi "Şahdağ" bəyənat yayıb.
Sportal.az sizi həmin bəyənatla tanış edir:
Bildiyiniz kimi, may ayının 23-ü "Şahdağ" - "Şəmkir" oyununda klubumuz 65 illiy qeyd etməliydi.
Bu bayram tədbirində musiqiynən yanaşı, yerli veteran futbolçularının və rayonun rəsmi şəxslərinin çıxışı gözlənilirdi.
Amma Bakıda baş vermiş dəhşətli hadisəyə görə "Şahdağ" futbol klubunun prezidenti Ərəstun Niftiyevin tapşırığı ilə, yubiley tədbiri keçirilməyəcək. Bununla yanaşı may ayın 23-ü komanda meydana qara sarğıynan çıxacaq və oyundan qabaq bir dəqiqə sükütla bu faciənin qurbanlarının xatirəsi yad olunacaq.
Bakı şəhəri Binəqədi rayonundakı yaşayış binasında baş vermiş və bir neçə insanın yaralanması və həyatını itirməsi ilə nəticələnmiş yanğın hadisəsi ilə bağlı öz dərin kədərimizi bildiririk.
"Şahdağ" futbol klubu bu dəhşətli olayda dünyasını dəyişən vətəndaşların yaxınlarına baş sağlığı verir.
Allah rəhmət eləsin!
saytlarin hazirlanmasi