"Zirə"də icraçı-direktor vəzifəsindən getdi

01:32 - 23 May 2015

Bu barədə rəsmi açıqlama da verilib
 
I divizion təmsilçisi “Zirə”də kadr dəyişikliyi baş verib.
 
Sportal.az xəbər verir ki, növbəti mövsümdən Premyer Liqada çıxış etmək üçün lisenziya alan paytaxt təmsilçisinin icraçı-direktoru Seyidağa Babayev vəzifəsindən kənarlaşdırılıb. Klubun mətbuat xidmətinin bu barədə yaydığı məlumatı təqdim edirik: 

"Seyidağa Babayev gözündən müalicə alır və tez-tez bu məqsədlə ölkə xaricinə çıxır. Bu üzdən klubda əsas işlərdən biri olan icraçı direktor vəzifəsini yerinə yetirmək üçün bütün gücü ilə çalışa bilmədiyini əsas gətirərək işdən azad olunmasını istəyib. Nəzərə alaq ki, komandamız Premyer liqada iştirak etmək üçün lisenziya qazandıqdan sonra işlər daha da artıb və rəhbərliyin digər çalışanlarla yanaşı ondan da tələbi çoxalıb".

Xəbər xətti