Çempion mövsümü məğlubiyyətlə başa vurdu

21:50 - 27 May 2015

“Ağsu” isə gümüş medallara sahib çıxdı 
 
Azərbaycan birinci divizionunda 2014/2015 mövsümünə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, çempionluğu rəsmiləşdirən "Neftçala" 30-cu turda doğma meydanda "Qaradağ Lökbatan"la qarşılaşıb və 5:4 hesabı ilə uduzub.
 
Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib.
 
Son turda qalib gələn “Ağsu” və “Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb. Beləliklə, bu göstəriciyə görə “Ağsu” “Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.
 
 
27 may
 
“Göyəzən” - “Kəpəz” - 0:3
Qollar: Arzuman Nəsibov, 63, Ziyabil Məmmədov, 76, 80 
 
“Rəvan” - “Şahdağ”  1:0
Qol: Əli Bağırov, 3 
 
“Neftçala” - “Qaradağ Lökbatan”  4:5
Qollar: Aqşin Həşimov, 6 10, Vurğun Həsənzadə, 53, Vaqif Güləliyev, 56 - Rüfət Məmmədov, 26, Sabir Allahquliyev, 51, 74, 85, Məlikməmməd Abbasov, 78 
 
MOİK - “Şəmkir”  1:2
Qollar: Röyal Nəcəfov, 27- Azər Məmmədov, 50, Anar Rzayev, 67 
 
“Turan Tovuz” - “Energetik”  5:0
Qollar: Tuqay Alhüseynli, 5, 8, 10, 57, 79 
 
“Şuşa Qarabağ” - “Ağsu” 1:2
Qollar: Elvin İsmayılov, 5 - Qalib Əmrahov, 53, 61
 
“Zirə” - “Mil Muğan”  5:1
Qollar: Besik Çimakadze, 9, Asif Mirili, 16, Elnur Abdulov, 24, Tural Adıgözəlov, 37, Toğrul Bilallı, 88 -  Ruhid Usubov, 14 

Xəbər xətti