"Neftçala"dan iki transfer

14:35 - 11 İyun 2015

Quliyev onları bəyənib
 
I Divizionda 2014-2015 mövsümünü qalibi olan "Neftçala" heyətini iki futbolçu ilə gücləndirib
 
Sportal.az xəbər verir ki, Kamal Quliyev iki oyunçunu bəyənib və onları komandaya dəvət edib.
 
Onlardan biri "Ağsu"nun qapıçısı Əli Həsənlidir. 1996-cı il təvəllüdlü qolkiper qarşıdakı mövsümdən "Neftçala" forması geyinəcək.
 
İkinci transfer isə "Rəvan"dandır. "Sığortaçılar"ın heyətində baxımlı oyunu ilə diqqətləri üzərinə çəkən Elgün Abbasov "Neftçala"nın heyətinə qoşulub.

Xəbər xətti