"Yüksək yerlərə iddialı kollektiv formalaşdırmaq istəyirik"

18:17 - 30 İyul 2015

"Şahdağ" növbəti mövsümə hazırlaşır

 

I dvizionda çıxış edən "Şahdağ" növbəti mövsümün hazırlıqlarını Bakı şəhərində davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 

 

İlk oyun "Sumqayıt"ın əvəzedici kollektivi ilə keçirilib. Həmin oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. Növbəti yoldaşlıq matçı "Neftçala"ya qarşı keçirilib və "Şahdağ" uduzub - 0:2. Qusar klubu avqustun 9-da “Qaradağ Lökbatan” və 15-də MOİK-lə qarşılaşacaq.

 

"Şahdağ"ın prezidenti Ərəstun Niftiyev AzərTAc-a bildirib ki, yoldaşlıq oyunları komandanın komplektləşməsi, oyunçuların təcrübəsinin artırılması baxımından olduqca vacibdi: "Qarşıdakı mövsümdə, əsasən şimal bölgəsinin gənc futbolçularına güvəncəyik. Qusarla yanaşı Xaçmaz, Sumqayıt və bölgənin digər rayonlarından heyətimizə oyunçular dəvət etmişik. Əksəriyyəti perspektivli gənclərdi. Əsas çətinliyimiz qapıçı ilə bağlı idi. Komandamıza bu mövqedə oynayan yeni futbolçu da dəvət etmişik. Növbəti mövsüm üçün yüksək yerlərə iddialı kollektiv formalaşdırmaq istəyirik".

Xəbər xətti